Email: info@vendra.org | Mobil: +994 55 9233090

POWER Bi üzrə təlimlərə start verildi

POWER BI

        Bildiyiniz kimi böyük həcmli məlumatlar ilə iş zamanı vaxtın mühüm bir hissəsi məlumatların dublikatlardan və səhvlərdən təmizlənməsi onların strukturlaşdırılması və oxunaqlı hala salınmasına sərf edilir. Bəzən məlumatların bir mənbədən deyil bir neçə mənbədən əldə edilməsi zərurəti yaranır, və bu zaman həmin məlumatların formatları və strukturları da müxtəlif olur. Belə olan halda verilənləri bir yerə yığmaq, onları müəyyən bir kriteriyaya görə birləşdirmək və strukturlaşdırmaq mürəkkəb və vaxt aparan bir prossesə çevrilir.

        Gəlin təsəvvür edək ki, siz analitiksiniz və gündəlik olaraq müxtəlif təşkilatlardan excel faylı formatında eyni tipli hesabat-cədvəllər alırısınız və daha sonra bu cədvəlləri birləşdirərək onalrın üzərində müxtəlif təhlillər həyata keçirirsiniz. Əgər söhbət bir neçə cədvəldən gedirsə bunları ənənəvi olaraq “copy and paste” ilə etmək olur. Bəs əgər bu faylların sayı yüzlərlədirsə, və bu məlumatlara gündəlik olaraq yeni yeni Excel faylları əlavə olunursa o halda necə etməli? Yüzlərlə Excel faylını avtomatik olaraq bir Excel faylına birləşdirmək mümkündürmü?

        Digər bir misalı nəzərdən keçirək: Məlum olduğu kimi Excel vərəqindəki sətirlərin maskimal mümkün sayı 1 043 000-dür. Bəs əgər mənim məlumat bazam 10 milyon və ya daha çox sətridən ibarətdirsə o halda necə etməli? Bu məlumatları Excel proqramı vasitəsilə təhlil etmək mümkündürmü?

        Hər iki suala cavab olaraq bildiririk ki, bəli mümkündür, və bunları etmək üçün nə informasiya texnologiyaları mütəxəssisi olmaq, nə SQL-i bilmək, nədə ki, peşəkar proqramçı olmağa gərək yoxdur. MS Excel proqramının yeni əlavələri və “ağır artilleriya”sı sayılan Power QueryPowerpivot vasitəsilə sizlər bir neçə mənbələrədən müxtəlif formatlarda olan məlumatları bir yerə toplayıb onları emal edə və məlumatların modelini yarada biləcəksiniz.

        Bundan əlavə sizlər Microsoft şirkətinin ən yeni məhsullarından biri olan və qısa zaman ərzində dünya miqyasında istifadəçilər arasında rəğbət qazanan Microsoft Power Business Intelligence vasitəsilə böyük həcmli məlumatların peşəkar şəkildə vizuallaşdırılmasını öyrənəcəksiniz. Ən əsası isə odur ki, bütün bu sadalanan proqramlar tamamilə pulsuzdur, və onların yenilənməsi üçün də heç bir ödəniş tələb edilmir. Yəni iştirakçılar təlimdən sonra adları çəklən əlavələri öz işlərində asanlıqla tətbiq edə biləcəklər.

Təlim proqramı barədə ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

01.06.19

COLAB. Port Baku, Neftçilər prospekti 151, Giriş Üzeyir Hacıbəyli küçəsindən

Close Menu