PL/TMM sahəsində professional iş karyerasına 2010-cu ildə AR-sı Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində başlamışdır. Xidmətdə çalışdığı dövr ərzində FATF-ın yeni ödəniş üsulları üzrə İşçi Qrupunun üzvü olmuşdur. Daha sonra, komplayens sahəsində bir sıra banklarda iş fəaliyyətini davam etdirmişdir. Azərbaycanda ilk dəfə qurulan PL/TMM üzrə elektron tədris layihəsinin yeganə müəllifidir. Hal-hazırda yerli Bnkların birində komplayens şöbəsinin müdiri vəzifəsində çalışır.
Bundan başqa, Türkiyə Respublikasında doktorantura pilləsində təhsilini davam etdirməkdədir. Eyni zamanda, Novruzova beynəlxalq və yerli səviyyədə işıq üzü görmüş bir neçə məqalənin müəllifidir.